VULKAN BULUDU

vulkan püskürən zaman baş verən konveksiya buludu. Vulkan püskürən zaman havaya atılan toz, kül və su damlalarından ibarətdir.
VENESİYA SİSTEMİ
VULKANLAR
OBASTAN VİKİ
Vulkan buludu
Hillz buludu
Oort buludu — Günəşdən 50 min-100 min Astronomik Vahid uzaqlığında, kürə şəklində komet buludu. Elmi adı Halley kometi olan "Quyruqlu ulduz" insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir. İnsanların quyruqlu ulduzlarla tanışlığı lap qədim zamanlara gedib çıxır. Həmin dönəmlərdə insanlar ibtidai şərtlər altında yaşadığından, quyruqlu ulduzlara qarşı münasibətləri də buna uyğun formalaşmışdı. Belə ki, bir çox qədim xalqların mifologiyasında quyruqlu ulduz fərqli mənalar ifadə edirdi. Qədim insanlar quyruqlu ulduzun görünüşünü Tanrı və digər İlahi qüvvələr tərəfindən onlara göndərilən mesaj kimi qəbul edirdilər və maraqlısı da budur ki, bu "mesaj" hər zaman mənfi əlamət kimi alqılanıb. Bəlkə də elə buna görədir ki, "fəlakət" sözünün bir çox dildəki qarşılığı yunan dilindəki "pis ulduz" sözündən qaynaqlanır. Qərbi Avropada yaşayan Massailər üçün ulduzun görünməsi qıtlıq yaşanacağının əlaməti idi, Cənubdakı Zulular isə ulduzu müharibənin xəbərçisi hesab edilirdi. Balubalar isə quyruqlu ulduzun görünməsini liderlərinin ölücəyi kimi yozurdular. Quyruqlu ulduza qədim Çin mədəniyyətində daha sistemli yanaşma var idi.
Magellan buludu
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3–5 milyon ulduz daxildir.
Oort buludu
Oort buludu — Günəşdən 50 min-100 min Astronomik Vahid uzaqlığında, kürə şəklində komet buludu. Elmi adı Halley kometi olan "Quyruqlu ulduz" insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir. İnsanların quyruqlu ulduzlarla tanışlığı lap qədim zamanlara gedib çıxır. Həmin dönəmlərdə insanlar ibtidai şərtlər altında yaşadığından, quyruqlu ulduzlara qarşı münasibətləri də buna uyğun formalaşmışdı. Belə ki, bir çox qədim xalqların mifologiyasında quyruqlu ulduz fərqli mənalar ifadə edirdi. Qədim insanlar quyruqlu ulduzun görünüşünü Tanrı və digər İlahi qüvvələr tərəfindən onlara göndərilən mesaj kimi qəbul edirdilər və maraqlısı da budur ki, bu "mesaj" hər zaman mənfi əlamət kimi alqılanıb. Bəlkə də elə buna görədir ki, "fəlakət" sözünün bir çox dildəki qarşılığı yunan dilindəki "pis ulduz" sözündən qaynaqlanır. Qərbi Avropada yaşayan Massailər üçün ulduzun görünməsi qıtlıq yaşanacağının əlaməti idi, Cənubdakı Zulular isə ulduzu müharibənin xəbərçisi hesab edilirdi. Balubalar isə quyruqlu ulduzun görünməsini liderlərinin ölücəyi kimi yozurdular. Quyruqlu ulduza qədim Çin mədəniyyətində daha sistemli yanaşma var idi.
Elektron buludu
Elektron buludu — adətən atom və ya molekulda elektronun tapılma ehtimalının sıxlığının paylanmasını təsvir edən vizual model. Buludun konfiqurasiyası elektronun enerji və kvant vəziyyətindən asılı olaraq fərqli ola bilər. Bu anlayış “atmosfer buludları” ifadəsi ilə bənzətmə yolu ilə təqdim edilmişdir. Bor nəzəriyyəsinə görə, əsas vəziyyətdə olan bir hidrogen atomunda bir elektron radiuslu dairəvi orbitdə nüvənin ətrafında hərəkət edir. a 0 {\displaystyle a_{0}} = 0,529 Å və sabit sürətlə v 0 {\displaystyle v_{0}} = 2,182 × 10 8 sm/san. Kvant mexaniki mənzərəsi buna bənzəyir, lakin daha az dəqiqdir. Dalğa funksiyası ψ {\displaystyle \psi } Bu atomda bir elektronun hərəkətini təsvir edən, nüvənin bilavasitə yaxınlığında daha böyük dəyərə malikdir; 1-2 Å məsafədə tez sıfıra enir. Dalğa funksiyasının kvadratı elektronun mövqeyinin ehtimal paylama funksiyasını təmsil edir, belə ki | ψ | 2 d V {\displaystyle |\psi |^{2}dV} elektronun həcmdə olması ehtimalı deməkdir d V {\displaystyle dV} , A 4 π r 2 | ψ | 2 d r {\displaystyle 4\pi r^{2}|\psi |^{2}dr} - məsafədə olacağı ehtimalı r {\displaystyle r} əvvəl r + d r {\displaystyle r+dr} nüvədən .
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Zirvə Buludu (1972)
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. Volcano Live Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Poligen vulkan
Poligen vulkan - monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Stromboli (vulkan)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik eyniadlı adada, sönməmiş vulkan. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş vermişdir. Vulkan dəniz səviyyəsindən 926 m hündürlüyə malikdr. Dənz dibi səviyyəsindən isə 2000 m-dən çoxdur.
Terror (vulkan)
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Vulkan (mifologiya)
Vulkan — Roma mifologiyasında dəmirçilik tanrısı. Daimi məskəni Etna vulkanıdır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Vulkan bombası
Vulkan bombası (rus. бомбы вулканические, ing. volcanic bomb) — vulkan kraterindən plastik halda atılan, havada soyuyub bərkiyərək müəyyən forma alan lava parçası. Daxili hissəsi adətən məsaməli, xarici qabığı isə şüşəli olur. Lavanın qatılığından asılı olaraq vulkan bombaları müxtəlif formada olur: qatı lavanın bombası açıqçatlı olub, çörək qabığını xatırladır, duru bazalt lavası iyvari, kürəvi, armudvari və ucları dartılmış, quyruqlu bombalar əmələ gətirir. Uzun müddət plastik halda qalan çox duru lavalar qoğalvari bomba əmələ gətirir. Vulkan bombası nüvəsi bəzən kənar süxurdan və ya bərkimiş lavadan ibarət olur. Sonuncular "bürünmüş" vulkan bombası adlandırılır. Vulkan Vulkan boğazı Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Vulkan boğazı
Vulkan boğazı (rus. жерло вулкана, ing. volcanic vent funnel, volcanic pipe, chimney, vent.) — vulkan ocağını Yer səthi ilə birləşdirən və kraterlə qurtaran, adətən, vertikal (və ya buna yaxın) kanalın yuxarı hissəsi; vulkan boğazı silindrik formaya yaxın olur. Vulkan boğazı çatlar boyu vulkan ocağına doğru uzanan ikinci dərəcəli çıxarıcı kanallarda yan krater əmələ gətirə bilər. Bəzən yanlış olaraq vulkan boğazı vulkan kanalının sinonimi kimi qəbul edilir. Relyef Vulkan Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Yatmış vulkan
Yatmış vulkan (ing. dormant volcano) — püskürməsi barədə məlumat olmayan lakin öz formasını saxlayan vulkan. Qafqazda Elbrus vulkanı bu qəbildən olan vulkanlara nümunədir.